Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Moldovanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

ID:

10.10.2022 02:20 / SİYASƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Moldovanın Baş naziri Nataliya Qavrilitsa oktyabrın 10-da Azərbaycana rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.