Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

MN: Antiterror tədbirlərində icra edilən fəaliyyətlər beynəlxalq hüququn norma və prinsipləri çərçivəsindədir

ID:

19.09.2023 20:10 / SİYASƏT

Foto : AZƏRTAC / Nicat Haşımov

Qarabağ iqtisadi rayonunda erməni silahlılarına qarşı antiterror tədbirləri davam edir. Bölgədə başladılan lokal xarakterli antiterror tədbirlərinin məqsədi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsi, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir.