Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin yaz sessiyasında növbəti plenar iclas keçirilib

ID:

12.05.2023 21:10 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Mayın 12-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri mayın 10-da axşam saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutaraq qəsdən təxribat törətdiklərini xatırladıb.