Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin plenar iclasında 60 məsələ müzakirə olunub

ID:

20.12.2022 20:30 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Dekabrın 20-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindın AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda cari məsələlərin müzakirəsi zamanı çıxış edən parlamentin komitə sədri Səməd Seyidov, deputatlardan Musa Qasımlı, Azay Quliyev, Mahir Abbaszadə, Sahib Alıyev, Elman Nəsirov, Kamal Cəfərov, Vahid Əhmədov, Jalə Əliyeva, Tural Gəncəliyev Korsikada baş verən hadisələrə toxunaraq, Fransanın bu bölgəsində demokratik normalar, insan haqları, qanunun aliliyi ilə bağlı dəyərlərin pozulduğunu, hüquq-mühafizə orqanları vasitəsilə buradakı vətəndaşlara qarşı zor tətbiq edildiyini bildiriblər.