Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin plenar iclasında 27 məsələ müzakirə olunub

ID:

19.12.2023 21:35 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Dekabrın 19-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri dekabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında YAP-ın Sədri İlham Heydər oğlu Əliyevin gələn il fevralın 7-nə təyin edilmiş prezident seçkilərində partiyadan namizəd göstərildiyini qeyd edib.