İyulun 4-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Sahibə Qafarova Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin iyunun 30-da və iyulun 1-də Özbəkistan Respublikasında işgüzar səfəri barədə məlumat verib.
×

Sonra parlamentin sədri Sahibə Qafarova iclasın gündəliyinə 22 məsələnin daxil olunduğunu deyib.
Gündəliyin birinci məsələsi qərar layihəsi olub. Bildirilib ki, Prezidentin təqdimatına əsasən, Milli Məclis Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi məsələsinə baxmalıdır.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məsələ barədə məlumat verib. O, Azərbaycan Prezidentinin Otari Qvaladzenin, Fərhad Tutayukun, Rauf Quliyevin və Rəşid Rzayevin Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi məsələsinə baxılması üçün Milli Məclisə müraciət etdiyini deyib. Deputat namizədlərin ikisinin icra hakimiyyətinin, digər iki nəfərin isə məhkəmə hakimiyyətinin təmsilçiləri olduğunu söyləyib, onların fəaliyyəti və iş təcrübəsi barədə məlumatı təqdim edib.
Sonra qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Yeni təyin edilmiş hakimlər iclasda and içiblər.
Növbəti məsələni - “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.