Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin plenar iclasında 21 məsələ müzakirə olunub

ID:

18.10.2022 18:10 / SİYASƏT

Foto : AZƏRTAC /Aydın Məmmədov

Oktyabrın 18-də parlamentin sədri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Sahibə Qafarova həm Birinci, həm də İkinci Qarabağ müharibələri dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı çoxsaylı müharibə cinayətlərinin törədildiyini bildirib.