Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin plenar iclasında 17 məsələ müzakirə olunub

ID:

05.03.2024 19:40 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Martın 5-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən parlamentin sədri fevralın 20-dən 24-dək ölkəmizdə keçirilən Asiya Parlament Assambleyasının tədbirləri barədə məlumat verib.