Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin payız sessiyasında növbəti plenar iclas keçirilib

ID:

06.10.2023 20:55 / SİYASƏT

Foto : AZƏRTAC / Roman Ismaylov

Oktyabrın 6-da Milli Məclisin payız sessiyasında növbəti plenar iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 5-də Avropa Parlamentində Azərbaycanı hədəf alan çirkin siyasi aksiyanın təşkil olunduğunu, ölkəmizə qarşı böhtan üzərində qurulan qərəzli qətnamənin qəbul edildiyini deyib.