Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin payız sessiyasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclası keçirilib

ID:

19.09.2022 18:20 / SİYASƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Sentyabrın 19-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə komitənin sədri Tahir Mirkişili sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan tərəfinin Azərbaycanla sərhəddə törətdiyi son təxribatlarından söz açıb, silahlı toqquşmalarda şəhid olan qəhrəman döyüşçülərimizə rəhmət, yaxınlarına səbir diləyib, yaralılarımızın tezliklə sağalmalarını arzulayıb.