Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin payız sessiyası başa çatıb

ID:

30.12.2022 19:20 / SİYASƏT

Foto : AZƏRTAC /Aydın Məmmədov

Dekabrın 30-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2022-ci ilin payız sessiyasında son iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda əvvəlcə cari məsələlərin müzakirəsi zamanı Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərov dekabrın 24-də ölkə Prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü barədə fikirlərini açıqlayıb.