Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

ID:

08.07.2022 19:15 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin bu günlərdə keçirilən Bakı Konfransının uğurla başa çatdığını bildirərək deyib: “Əminliklə söyləmək olar ki, dünyada BMT-dən sonra ikinci ən böyük təşkilatın parlament ölçüsünün məhz bizim ölkəmizin səyləri ilə təsis olunması və fəaliyyətə başlaması Azərbaycan dövlətinin xarici siyasətinin növbəti böyük nailiyyəti hesab edilməlidir”.