Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

ID:

14.07.2025 18:50 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

İyulun 14-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri bu gün Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda ali hakimiyyətə gəlməsinin 56-cı ildönümünün tamam olduğunu deyib.