Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin iclasında 18 məsələyə baxılıb

ID:

02.12.2022 20:55 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Dekabrın 2-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan parlamentin sədri Fransa Senatının 2022-сi il noyabrın 15-də Azərbaycanla bağlı qəbul etdiyi bədxah qətnamənin ardınca, bu ölkənin Milli Assambleyasının da noyabrın 30-da ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul etdiyini bildirib.