Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin 2021-ci ilin payız sessiyası başa çatıb

ID:

30.12.2021 13:30 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Dekabrın 30-da keçirilən iclasla Milli Məclisin 2021-ci ilin payız sessiyası başa çatıb.

AZƏRTAC xəbər verir ki, sessiya dövründə görülmüş işlər haqqında qısa məlumat verən Milli Məclisin sədri Sahibə Qafarova payız sessiyasında parlamentin 16 iclasının keçirildiyini, 91 qanunun qəbul edildiyini və 74 qanunda dəyişiklik olunduğunu bildirib.