Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisdə parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılır

ID:

02.12.2022 12:55 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Milli Məclisdə parlamentlərarası əlaqələr üzrə 12 işçi qrupu yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bu, Milli Məclisin dekabrın 2-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına təklif edilən dəyişiklikdə əksini tapıb.