Milli Məclis Azərbaycan hökuməti ilə BMT arasında tərəfdaşlıq proqramı haqqında Sazişin qüvvədəolma müddətinin uzadılması ilə bağlı qanun layihəsini təsdiq edib.
×
Milli Məclis Azərbaycan hökuməti ilə BMT arasında tərəfdaşlıq proqramı haqqında Sazişin qüvvədəolma müddətinin uzadılması ilə bağlı qanun layihəsini təsdiq edib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin oktyabrın 29-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair Protokol”un təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilərək səsvermədən sonra bir dəfəyə qəbul edilib.
Sənədə əsasən, 2015-ci il mayın 25-də imzalanmış Sazişin qüvvədəolma müddəti tərəflərin Saziş üzrə öhdəliklərin yerinə yetirilməsinin davam etdirilməsi və başa çatdırılması məqsədilə 2021-ci il dekabrın 31-dək uzadılacaq.