Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

ID:

06.07.2024 18:55 / SİYASƏT

Foto : AZƏRTAC /Ilqar Cəfərov

Məzahir Pənahovun sədrliyi ilə iyulun 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə MSK-nın 2024-cü il 29 iyun və 2 iyul tarixli iclas protokolları təsdiq edilib.