Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurub

ID:

11.02.2024 22:10 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Məzahir Pənahovun sədrliyi ilə fevralın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılıb.