Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Media sahəsində Azərbaycan-Türkiyə əlaqələrinin daha da gücləndirilməsi məsələsi müzakirə olunub

ID:

10.09.2021 16:55 / SİYASƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Türkiyə Radio və Televiziya Üst Qurumunun (RTÜK) geniş nümayəndə heyəti Azərbaycanda səfərdədir. Beynəlxalq TURAZ Akademiyası Konqresi çərçivəsində Bakıda səfərdə olan RTÜK-ün rəhbəri Əbubəkr Şahin və Üst Qurumun digər üzvləri sentyabrın 10-da Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov və Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarovla görüşüblər.