Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Latviya Prezidenti Egils Levits Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

ID:

08.03.2023 16:25 / SİYASƏT

Foto : AZƏRTAC /Aydın Məmmədov

Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Egils Levits martın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.