Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Latviya Prezidenti Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib

ID:

22.04.2026 10:15 / SİYASƏT

Foto - İlqar Cəfərov

Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.