Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Konqo Prezidenti Deni Sassu-Nqesso Şəhidlər xiyabanını ziyarət edib

ID:

03.04.2024 17:05 / SİYASƏT

Foto : AZƏRTAC / Səfiyar Məcnun

Azərbaycanda rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Prezident Deni Sassu-Nqesso Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.