Azərbaycan xalqının yüz minlərlə nümayəndəsi yaşadığı indiki Ermənistan ərazilərindən - öz doğma torpaqlarından məcburi şəkildə köçürülüb.
×
Azərbaycan xalqının yüz minlərlə nümayəndəsi yaşadığı indiki Ermənistan ərazilərindən - öz doğma torpaqlarından məcburi şəkildə köçürülüb. Bu gün onların övladları yurdlarına həsrətlə baxırlar. Dünya ictimaiyyətindən bu məsələyə haqlı baxmasını gözləyirlər. Təəssüf ki, dünya bu mövzuda Azərbaycanın haqq işində dəstək vermir. Bu da bəzi dairələrin ikili standartlarının nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri "Azərbaycanlıların timsalında dünyada deportasiya problemi: mövcud vəziyyət və çağırışlar” mövzusunda keçirilən tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla söyləyib.
Kamal Abdulla qeyd edib ki, deportasiya, ilk növbədə, Azərbaycan ərazilərinin adlarının dəyişdirilməsi ilə başlayıb. Amma bu status saxtadır. Biz saxtalaşdırılan yer adlarımızı araşdırıb dünyaya həqiqəti göstəririk