Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

İsrail Prezidenti İsxak Hersoq Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

ID:

30.05.2023 17:05 / SİYASƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Azərbaycanda rəsmi səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və xanımı Mixal Hersoq mayın 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.