Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

İşğal dövründə 167 faydalı qazıntı yatağımızdan 52-si vəhşicəsinə istismar edilib

ID:

24.12.2022 12:55 / SİYASƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Dekabr ayının əvvəlindən başlayaraq, Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingenti ilə onların müvəqqəti yerləşdirildiyi ərazilərimizdə təbii ehtiyatların qanunsuz istismarının dayandırılması, monitorinq və inventarlaşmanın aparılması, ətraf mühitə zərər və risklərin qiymətləndirilməsi, nəticələrinin aradan qaldırılması məsələlərini müzakirə edir.