Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri başa çatıb

ID:

03.03.2023 21:40 / SİYASƏT

Foto : AZƏRTAC / Ilkin Cavansirov

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri martın 3-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.