Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

İraq Prezidenti Əbdül Lətif Camal Rəşid Azərbaycana səfərə gəlib

ID:

01.03.2023 16:50 / SİYASƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

İraq Respublikasının Prezidenti Əbdül Lətif Camal Rəşid martın 1-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.