Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

ID:

17.05.2022 12:50 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları mayın 17-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.