Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

ID:

17.10.2025 12:55 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Oktyabrın 17-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Asiya Mədəniyyət Şurasının “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusunda 4-cü iclasının iştirakçıları Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər.