Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Hərbi İnstitutun və Hərbi Tibb fakültəsinin növbəti buraxılış mərasimi keçirilib

ID:

28.06.2025 16:00 / SİYASƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

İyunun 28-də Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb fakültəsinin növbəti buraxılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Hərbi İnstitutda keçirilən buraxılış mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin digər rəhbər heyəti, müəllimlər, məzunlar, valideynlər, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.