Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana işgüzar səfəri başa çatıb

ID:

08.04.2023 11:00 / SİYASƏT

Foto : AZƏRTAC / Roman İsmayılov

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Respublikasına işgüzar səfəri aprelin 8-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.