Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana səfərə gəlib

ID:

17.01.2025 10:20 / SİYASƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.