Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Gürcüstan parlamentariləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

ID:

22.04.2024 13:10 / SİYASƏT

Foto : AZƏRTAC / İlkin Cavanşirov,Orxan Kərimov

Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri Davit Sonğulaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 22-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb.