Vətən müharibəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin müəllim-zabit, komandir heyəti ilə yanaşı, dördüncü kursda təhsil alan kursantları da iştirak ediblər.
×
Vətən müharibəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin müəllim-zabit, komandir heyəti ilə yanaşı, dördüncü kursda təhsil alan kursantları da iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, bunu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, general-mayor Füzuli Salahov fevralın 11-də bu hərbi təhsil ocağına təşkil olunan mediatur zamanı jurnalistlərə müsahibəsində deyib.
General bildirib ki, Məktəbin Vətən müharibəsində Qələbə uğrunda döyüşən 600 yaxın hərbi qulluqçusundan 10-u şəhid olub, 23 nəfər isə yaralanıb. Şəhid olanlardan 5-i zabit-müəllim, 5-i isə IV kursdan müharibəyə göndərilən kiçik leytenantdır. Şəhid polkovnik Nudirəliyev Zaur İsmayıl oğlu ən yüksək – “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.