Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılmasına dair qərar qəbul edilib
ID:
06.07.2023 13:25 / SİYASƏT
Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılıb.
AZƏRTAC xəbər verir ki, iyulun 6-da Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunan tədbirdə iştirakçılar Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında hazırda mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində fikir mübadiləsi aparıblar.
2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.