İraq Respublikasının Parlamenti Azərbaycan Respublikası Milli Məclisi ilə əlaqələrin inkişafında və genişləndirilməsində maraqlıdır.
×
İraq Respublikasının Parlamenti Azərbaycan Respublikası Milli Məclisi ilə əlaqələrin inkişafında və genişləndirilməsində maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanda səfərdə olan İraq parlamentinin Xarici əlaqələr komissiyasının üzvü Forat Məhəmməd Abed deyib.
Ölkələrimiz arasında əlaqələrdən danışan deputat bildirib: “İraqla Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələr inkişaf edir. Çalışırıq ki, bu münasibətlər daha da inkişaf etsin. İnanırıq ki, qarşılıqlı səfərlərimiz bundan sonra da davam edəcək”.
İraqlı deputat qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin inkişafında Azərbaycan-İraq dostluq qrupunun xüsusi rol oynadığını qeyd edib.qs