Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Ulu Öndərin məzarını ziyarət edib
ID:
13.03.2025 10:40 / SİYASƏT
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan Estoniya Respublikası Parlamentinin (Riiqikoqu) Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Riina Solmanın rəhbərlik etdiyi nümayəndə heyəti martın 13-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüb.
2025 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.