Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ermənistanın planlı şəkildə cinayətləri həyata keçirərkən Azərbaycanı ittiham etməsi də istisna edilmir

ID:

20.09.2023 10:20 / SİYASƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Ermənistanın beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə sosial media hesablarında kütləvi şəkildə paylaşılan müxtəlif xarakterli dezinformasiyalara, o cümlədən Silahlı Qüvvələrimizin guya mülki avtomobilləri, təcili tibbi yardım maşınlarını atəşə tutması barədə yaydıqları yalan məlumatlara cavab olaraq bildirmək istəyirəm ki, bu əsassız iddiaları müasir dövrümüzdə mövcud olan informasiya texnologiyalarından faydalanaraq sübut etmək olar.