Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Əlcəzair parlamentariləri Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

ID:

22.04.2024 15:15 / SİYASƏT

Foto : AZƏRTAC / İlkin Cavanşirov,Orxan Kərimov

Azərbaycanda səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 22-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb.