Gələcək üçün tədbirlərin görülməsi çox vacibdir. Vaksinasiya diqqətdə saxlanmalıdır. Çünki bu, pandemiyadan çıxış yolu üçün əsas amildir.
×
Gələcək üçün tədbirlərin görülməsi çox vacibdir. Vaksinasiya diqqətdə saxlanmalıdır. Çünki bu, pandemiyadan çıxış yolu üçün əsas amildir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İsrailin sabiq Baş naziri Ehud Barak noyabrın 4-də VIII Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya iqtisadiyyatı” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.
Ehud Barak diqqətə çatdırıb ki, əsas diqqət iqlim dəyişikliyi məsələsinə yönəldilməlidir. Külli miqdarda vəsait ayırmaq lazımdır ki, vəziyyət mümkün qədər qaydasına düşsün.
O deyib: “Hazırda süni zəkanın inkişaf etdirilməsinin şahidiyik. Bu da məhsuldarlığın artması deməkdir. Məhsuldarlığın artması da inflyasiyasının qarşısının alınmasına müsbət təsir göstərəcək”.