Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Əfqanıstanda xidmət edən Azərbaycan sülhməramlıları Vətənə qayıdıblar

ID:

27.08.2021 18:05 / SİYASƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Əfqanıstan İslam Respublikasında xidmət edən Azərbaycan sülhməramlıları Vətənə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, bu ölkənin Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirərək Bakıya qayıdan 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısının tam heyətdə qarşılanma mərasimi keçirilib.