Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Dövlət Statistika Komitəsində Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib

ID:

02.05.2023 12:00 / SİYASƏT

Foto : AZƏRTAC / Roman İsmayılov

Mayın 2-də Dövlət Statistika Komitəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov qüdrətli şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən, dövlət müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında əvəzsiz rolundan və misilsiz fəaliyyətindən danışıb.