Azərbaycan Respublikası gənclərin müxtəlif tədbirlərdə daha fəal iştirakı, qlobal platformalarda səslərinin eşidilməsi istiqamətində beynəlxalq təşkilatlar çərçivəsində sistemli və ardıcıl işlər aparır.
×

AZƏRTAC xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında söyləyib.
“Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Hərəkatın tarixində ilk dəfə olaraq 2021-ci ilin oktyabrında Qoşulmama Hərəkatına üzv dövlətlərinin gənclər şəbəkəsi yaradılıb. Son aylar ərzində bu şəbəkənin çox fəal iştirakının şahidiyik. Bu il ərzində Azərbaycanın sədrliyi altında gənclər şəbəkəsi ilə bağlı həm ölkəmizdə, həm də beynəlxalq platformalarda çoxsaylı tədbirlər həyata keçiriləcək. İnanırıq ki, Qoşulmama Hərəkatının gənclər şəbəkəsi dünyanın bu sahədə ən fəal təsisatlardan birinə çevriləcək”,- deyə nazir vurğulayıb.