Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Çexiyalı parlamentarilər Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

ID:

22.06.2023 15:05 / SİYASƏT

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Çex Respublikası parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Kubik və Deputatlar Palatasının üzvü Mişal Ratiborsky iyunun 22-də Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.