Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

ID:

08.05.2024 16:35 / SİYASƏT

Foto : AZƏRTAC / Səfiyar Məcnun

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mayın 8-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Prezident Rumen Radev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.