Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bolqarıstan Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib

ID:

17.06.2025 12:55 / SİYASƏT

Foto : AZƏRTAC / Orxan Kərimov

Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova iyunun 17-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı Kamran Bayramov, Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, Bolqarıstanın ölkəmizdəki səfiri Ruslan Stoyanov və digər rəsmi şəxslər qarşılayıblar.