Azərbaycan 44 günlük Vətən müharibəsində təkcə müharibədə döyüşmürdü, həm də diplomatiya və informasiya cəbhələrində mübarizə aparırdı.
×
Azərbaycan 44 günlük Vətən müharibəsində təkcə müharibədə döyüşmürdü, həm də diplomatiya və informasiya cəbhələrində mübarizə aparırdı.
AZƏRTAC xəbər verir ki, bunu BMTM-in şöbə müdiri Cavid Vəliyev noyabrın 1-də "Qarabağ zəfərinin birinci ilində regionda əməkdaşlıq imkanları” mövzusunda keçirilən konfransda deyib.
Qars müqaviləsinin əhəmiyyətindən danışan C.Vəliyev qeyd edib ki, erməni tərəfi bu müqavilə ilə heç vaxt razılaşmayıb.
Gümrü müqaviləsinə də diqqət çəkən C.Vəliyev bu müqaviləsinin detallarına toxunaraq deyib: "Gümrü müqaviləsi Qars müqaviləsindən əvvəl bağlanıb. Bu müqavilə Türkiyənin Ermənistan üzərində nəzarəti özündə ehtiva edirdi. Bu məsələni diqqət mərkəzində saxlamalıyıq".
Şöbə müdiri, həmçinin Azərbaycanla Türkiyənin regionda söz sahibi olduqlarını və Zəfərimizdən sonra bölgədə əməkdaşlıq üçün yeni imkanların yarandığını qeyd edib.