Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

ID:

30.10.2025 15:00 / SİYASƏT

Foto : AZƏRTAC /Aydın Məmmədov

Ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 30-da Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.