Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının “Rusiya və Azərbaycanın regional layihələr və təşəbbüslər çərçivəsində əməkdaşlığı” mövzusunda beşinci iclası keçirilir.
×
Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının “Rusiya və Azərbaycanın regional layihələr və təşəbbüslər çərçivəsində əməkdaşlığı” mövzusunda beşinci iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Rusiya Federasiyası Prezidentinin Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarəsinin rəhbəri İqor Maslov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru İvan Timofeyev iştirak edirlər.
İclas “Rusiya-Azərbaycan müttəfiqlik qarşılıqlı fəaliyyətinin prioritetləri”, “Rusiya və Azərbaycanın regional əməkdaşlığının aktual formatları və aspektləri” və digər mövzularda sessiyalarla davam edəcək.
İclasın yekunlarına dair Rusiya-Azərbaycan Ekspert Şurasının tövsiyələrinin qəbul edilməsi gözlənilir.